“RAHIM ALIZADA ACCOUNT TAX AND CONSULTING” LLC
– bizim əsas məqsədimiz xidmətimizdən istifadə edən istehlakçılarımıza lazımı səviyyədə məsləhət vermək və onları buna əmin etməkdir.
Bu sahədə müştərilərə yüksək səviyyədə xidmət göstərən, müasir elmi biliklərə yiyələnmiş, öz işini doğruldan çoxlu sayda ixtisaslı iqtisadçılar , attestasiyadan keçmiş auditorlar hüquqşünaslar və mühasiblər cəlb olunmuşdur.
Kollektivimizin əsas məqsədi qanunlara tam riayət etməklə bərabər, vergilərə qənaət etmək, müəssisəni qeydiyyatdan keçirmək üçün lazım olan sənədləri tez hazırlamaq, xarici istehsal olan məhsul üçün sertifikat alınması qaydasını həm də sizin vergi orqanı ilə olan mübahisədə öz maraqlarınızı qorumağı həyata keçirməkdə sizə kömək etmək və xidmət göstərməkdir.
Siz bizə müraciət edin və bizim ixtisaslı kadrlar tərəfindən tez bir zamanda sizi maraqlandıran məsələlər həll ediləcək.
Bizim şirkətin bütün mütəxəssisləri hər bir anda və hər bir qeyri- standart vəziyyətdə sizin köməyinizə gələ bilər. Biz sizə müqaviləni daha yaxşı tərtib etmək, hesablaşma hesabını harda açmaq məsləhət olduğu, vergilərinizi nə vaxt ödəməli olduğunuzu bir sözlə bütün mühasibat işləri ilə bağlı məlumat verəcəyik.
Əgər bizə müraciət etsəniz bizim daimi müştərilərimizdən birinə çevrilərsiniz. Axı bizim timsalımızda nəinki yalnız savadlı peşəkar, o cümədən məsləhətçi və eyni zamanda, mədəni etibarlı bir partnyor ilə iş birliyi etmiş olursunuz.
Bizim şirkət iri, orta və kiçik biznes sahiblərinə mühasibat xidmətləri göstərir.
Göstərdiyimiz xidmətər aşağıdakılardan ibarətdir.
1. Vergi və mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtibi;
2. Vergi və mühasibat uçotunun bərpa edilməsi;
3. Maliyyə, vergi və hüquqi xarakterli məsələlər üzrə məsləhətlər verilməsi;
4. Vergi bəyənnamələrinin doldurulması və göndərilməsi;
5. DSMF hesabatlarının hazırlanması və göndərilməsi;
6. Mühasibat əməliyyatlarının avtomatlaşdırılması – 1C 8.2 işlənməsi;
7. Audit yoxlamalarının keçirilməsi;
8. Beynəlxalq standartlara uyğun Auditor yoxlamalarının keçirilməsi;
9. Auditor rəylərinin verilməsi;
10. Müxtəlif layihələr üzrə vergi öhdəliklərinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq hesablanmalı vergilərin minimuma endirilməsi barədə konsaltinq xidmətləri;
11. Vergi qanunvericiliyinin tətbiqi sahəsində məsləhətlərin verilməsi, təlimlərin keçirilməsi ;
12. Vergi ödəyicilərinin obyektlərinin qeydiyyatı, ləğvi, yerinin dəyişdirilməsi;
13. Vergi ödəyicilərinin işçilərinin rəsmiləşdirilməsi, elektron bildirişlərin verilməsi;
14. DSMF və statistika orqanlarına ünvanlanan elektron xidmətlərin göstərilməsi.
•Beynəlxalq Audit Standartlarına əsasən maliyyə hesabatlarının auditi (BAS);
•Xüsusi audit;
•Daxili audit;
•Daxıli prosedurların nəzarətinin gücləndirilməsi;
•Mühasibatların treninqi.
•Vergi öhdəlikləri və digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
•Vergi qanunvericiliyinə əsasən konsaltinq;
•Sadə və xüsusi vergi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması;
•Vergi ödənişinin optimizasiyası;
•Əmək qanunvericiliyinə əsasən konsaltinq;
•Ümumi qanunvericilik üzrə konsaltinq;
• Vergi strategiyalarının təminatı üzrə konsaltinq;
• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və yoxlanması;
• Məlumat dəstəyi.
• Müxtəlif layihələr üzrə vergi öhdəliklərinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq hesablanmalı vergilərin minimuma endirilməsi barədə konsaltinq xidmətləri;
1. AUDİT YOXLAMALARININ KEÇİRİLMƏSİ (MÜHASİBAT HESABATLARI;MALİYYƏ HESABATLARI: VERGİ HESABATLARI ;MMC-LƏRİN, FS-LƏRİN VƏ DİGƏR MÜƏSSİSƏLƏRİN HESABATLARI.)
2. Beynəlxalq standartlara uyğun Auditor yoxlamalarının keçirilməsi;
3. Auditor rəylərinin verilməsi;