Kadrların uçotu

Kadrların uçotu

İstənilən müəssisənin əməkdaşları onun təməlini, ən qiymətli aktivini və potensialını təşkil edir, lakin kadr uçotunun təşkili böyük vaxt və güc sərfiyyatı tələb edən mürəkkəb məsələdir. Bizim şirkət böyük təcrübəsi və davamlı inkişafı sayəsində sizə xidmətlərin geniş spektrini, o cümlədən kadr autsorsinqi üzrə xidmətləri təqdim etməyə hazırdır. Təqdim edilən xidmətlərin yüksək keyfiyyəti münasib qiymətlərlə birlikdə biznesinizin effektivliyinin və çiçəklənməsinin rəhnidir.

Kadr kargüzarlığının avtomatlaşdırılması

Kadr kargüzarlığının avtomatlaşdırılması Kadr uçotu hüquqi normaların tələblərinə cavab verən kadr sənədlərinin formalaşdırılmasına yönəldilmiş kompleks fəaliyyətdir. Muzdu işçilərin əməyindən istifadə edən fiziki və hüquqi şəxslər üçün kadr kargüzarlığının aparılması mütləq şərtdir. Bizim şirkətin mütəxəssisləri həm daimi əsaslarla, həm də birdəfəlik olmaqla qarşılıqlı sərfəli şərtlərlə kadr kargüzarlığının aparılması üzrə xidmətləri təqdim edir. Bu xidmətərə aşağıdakılar daxil edilə bilər:

  • Bütün əməkdaşların şəxsi işlərinin formalaşdırılması və aparılması;
  • Onların arxivləşdirilməsi;
  • Müəssisədə mövcud vəzifələrin adlarının Məşğulluq Təsnifatına uyğunluğunun yoxlanması;
  • Mövcud ştat cədvəlinin hazırlanması və ona dəyişikliklər edilməsi;
  • əmək kitabçalarının və cədvəllərin aparılması;
  • İşə qəbulların, vəzifədən-vəzifəyə keçirmələrin və işdən azad etmələrin rəsmiləşdirilməsi.

Sifarişçinin arzusu ilə təşkilatın kadr kargüzarlığı maksimum dərəcədə avtomatlaşdırıa bilər. Bizim mütəxəssislər konkret müəssisə və təsərrüfarçılıq fəlaiyyəti üçün mühasibat sistemi üzrə proqram təminatının optimal konfiqurasiyasını seçə bilərlər. Bu firmanın təşkilati strukturunun idarə edilməsi, personal haqqında fərdi məlumatların saxlanması və təhlili üçün şərait yaradacaqdır. Münasib qiymətə əldə edə biləcəyiniz proqramda kadrların idarə edilməsinin reallaşdırılması məlumatların daxil edilməsi, saxlanması və işlənməsi proseslərinin təsviri şəklində həyata keçirilir. Bu zaman sizə pesonalın həm aktual, həm də arxivləşdirilmiş məlumatlarından istifadə etmək imkanı təqdim edilir.

Avtomatlaşdırılmış rejimdə həyata keçirilən kadr karğüzarlığı sahibkarların əsas sərvəti olan vaxta qənaət etməyə imkan verir. Şirkətimiz əsas proseslərə və tapşırıqara vaxt ayıra bilməniz üçün sizə kadr uçotunun aparılması üzrə istənilən xidmətləri təqdim etməyə hazırdır. Yüksək peşəkarlıq, çevik qiymətlər, fərdi yanaşma məsələnin məntiqli həllidir. Təklifimizin sərfəliliyindən əmin olmaq üçün saytda göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

SMM xidmeti SMM xidməti SMM agentliyi Reklam agentliyi