Yüklərin nəqli, gömrük rəsmiləşdirilməsi kifayət qədər çox vaxt və səy tələb edir, eyni zamanda əsəbləri korlayır. Şirkət rəhbərliyi yüzlərlə sənədin, o cümlədən hesabların, hesabatların, aktların və digər sənədlərin tərtib edilməsi, emalı və göndərişi ilə məşğul olmaq məcburiyyətindədir. Şirkətimizin xidmətlərindən istifadə etməklə, siz yuxarıda sadalananlara vaxt sərf etmək zərurətindən xilas olacaqsınız. Yüksək ixtisaslı brokerlər, iqtisadçılar və hüquqşünaslar qısa müddət ərzində biznesinizin ekspress-yüklərin gömrük rəsmiləşdirilməsi ilə bağlı problemlərini həll edəcəklər. Bu zaman bizim mütəxəssislərimizin xidmət haqqı olaraq ödənilən xərcləri problemləri şirkət rəhbərliyinin özünün həll etməsinə sərf olunan məbləğlə müqayisə etsək, Azərbaycanda yüklərin gömrükdə rəsmiləşdirilməsi qiymətləri əlverişli və sərfəlidir.
Şirkətimizlə müqavilə bağlayan sifarişçi ekspeditor xidmətləri sahəsində peşəkar məsləhətlər alacağından, icazə sənədlərinin, sertifikatların və nəzarət orqanlarının rəylərinin tez bir zamanda rəsmiləşdiriləcəyindən arxayın ola bilər. Mütəxəssislərimiz müvafiq dövlət orqanlarının bütün funksional şöbələrində müstəsna olaraq sizin şirkətinizin maraqlarını təmsil edəcəklər. Müqavilə bağlanması şərtilə, gömrük xidmətləri, yüklərin gömrük rəsmiləşdirilməsi (idxal və ixrac) mümkün risklərin və əlavə xərclərin istisna edilməsi deməkdir.
Şirkətimizin gömrük işləri üzrə göstərdiyi xidmətlər təkcə zəruri icazə sənədləri paketinin hazırlanmasından ibarət deyil. Zərurət olarsa, sifarişçiyə istənilən mərhələdə gömrük rəsmiləşdirilməsi prosesinə nəzarət etmək imkanı verilir. Yüksək ixtisas səviyyəsi və çoxillik uğurlu iş təcrübəsi sayəsində biz sizin biznesinisin genişləndirilməsi və gələcək inkişafı üçün optimal həll tapacağıq. Qarşılıqlı səmərəli və tamamilə şəffaf əməkdaşlıq nəticəsində sifarişçi puluna və vaxtına qənaət edəcək və bu vəsaitini və vaxtını birinci dərəcəli biznes vəzifələrinin həllinə yönəldə biləcək. Qeyd etmək lazımdır ki, şirkətimiz istənilən növ yükün, o cümlədən məişət məhsullarının və yüksək texnologiya mallarının və hissələrinin gömrük rəsmiləşdirilməsinə zəmanət verir.
Şirkət rəhbərliyi yüklərin gömrük rəsmiləşdirilməsi sahəsindəki qayğıları nə qədər tez bizim peşəkarlarımızın üzərinə atarsa, mühüm vəzifələrinin həllinə daha çox vaxtı qalacaq ki, bu da biznesin səmərəliliyini və faydalılığını artıracaq. Sizin üçün əlverişli olan vaxtda saytımızda təqdim edilmiş telefon nömrələrinə zəng edərək, əməkdaşlıq şərtləri ilə daha ətraflı tanış ola bilərsiniz.