Müəssisə rəhbərlərinin şirkətin gələcəyi haqqında mühüm qərarlar qəbul etməsi üçün real maliyyə vəziyyətini əks etdirən hesabatlar zəruridir. Hesabatda təqdim edilən məlumatların keyfiyyəti bir neçə hesabat dövründəki fəaliyyət göstəricilərinin standartlar məcmusu ilə müqayisə olunmasına imkan verir. Çox vaxt müəssisələr standart kimi BMHS göstəricilərini seçirlər. Təəssüf ki, böyük təcrübəyə malik olan mühasiblərin heç də hamısı subyektin hesabatlarını BMHS-yə uyğunlaşdıra bilmir. Şirkətimizin mütəxəssisləri sözügedən standartlara cavab verən hesabatların formalaşdırılmasında sizə kömək etməyə hazırdırlar. Hesabatların BMHS-yə (Beynəlxalq Maliyyə Hesabatları Standartları) uyğunlaşdırılması mürəkkəb və zəhmətli prosesdir, amma əlverişli qiymətlərlə bizim xidmətlərimizdən faydalanan müəssisə rəhbərləri nəticənin uğurlu olacağından əmin ola bilərlər.
Təcrübəli mütəxəssislər BMHS üzrə maliyyə hesabatlarının tərtib edilməsinə müəssisədə tətbiq edilən uçot siyasətində aşkar edilmiş fərqlərin təhlilindən, hesabat formalarının işlənib hazırlanmasından (birləşdirilmiş firmalar üçün vahid uyğunlaşdırılmış formatda) başlayacaqlar. Bundan sonra sizin müəssisənizdə nəzarət prosedurları işlənib hazırlanacaq və tətbiq ediləcək. Bu prosedurlar informasiyaları birləşdirməyə imkan verəcək. Zərurət olduqda, BMHS tələblərinə uyğun olan hesabatların formalaşdırılması sahələrinin avtomatlaşdırılması həyata keçirilir. Avtomatlaşdırma hesabatların formalaşdırılması üçün daha dəqiq operativ məlumat əldə etməyə imkan verir. Bu zaman sifarişçi uçotun aparılması metodunu – paralel və ya transformasiya metodunu özü seçir.
Yuxarıda sadalanan mərhələlər müəssisənizdə artıq tətbiq edilibsə, BMHS mühasibat balansının müəyyən edilmiş standartlara uyğun olması ilə bağlı müsbət rəy formalaşdırmaq üçün onun auditini həyata keçirmək lazımdır. Şirkətimizin peşəkar biliklərə malik olan əməkdaşları Azərbaycanda istənilən mülkiyyət formasına malik olan firmalar üçün BMHS üzrə audit həyata keçirəcəklər. Bundan sonra müəssisə rəhbərliyinə ümumi yoxlamanın və ya auditin nəticələri haqqında rəy, habelə mühasibat uçotundakı səhvlərin və nöqsanların aradan qaldırılması üzrə tövsiyələr veriləcək.
Məsləhət üçün şirkətimizin mütəxəssislərinə müraciət edərək (telefon nömrələri saytda təqdim edilmişdir), hesabatların transformasiyası haqqında suallara ətraflı cavab ala bilərsiniz. Yüksək peşəkarlıq səviyyəsi, xidmətlərin dəyərinin müəyyən edilməsində elastiklik və fərdi yanaşma şirkətimizin işinin əsas prinsipləridir.