Mühasibat uçotunun aparılması

Mühasibat uçotunun aparılması

Hər bir müəssisə mühasibat uçotunun aparılmasını təşkil etməlidir, lakin mütəxəssislərin daimi ştatını saxlamağa heç də hər bir sahibkarın imkanı olmur. Müstəqil autsorsinq – biznes-məsələlərinin həllinə yönəldə biləcəyiniz qiymətli vaxt itkisinə yol vermədən bu kimi məsələləri həll etməyə imkan yaradan alətdir. Bundan başqa, müstəqil mütəxəssisləri cəlb etməklə MMC-lərin mühasibat uçotunun aparılması daimi əməkdaşların əməyinin ödənilməsinə, onların işinin təşkil edilməsi üçün zəruri olan binaların icarəsinə və ofis avadanlığına sərf edilən vəsaitə qənaət edilməsinə imkan verir. Bizim şirkət müəssisənizin ehtiyaclarından asılı olaraq mühasibat xidmətlərinin geniş spektrini münasib qiymətlərlə təqdim etməyə hazırdır.

Mühasibat uçotunun autsorsinqi

Təşkilatların mühasibat uçotunun aparılması Azərbaycanda müəssisənin (mülkiyyət növünün əhəmiyyəti yoxdur) mühasibat uçotunun aparılmasının təşkil edilməsi üçün qarşılıqlı faydalı müqavilənin bağlanmasından sonra şirkətimizin mütəxəssislərinə müəssisənizin və ya firmanızın təsərrüfat fəaliyyətini əks etdirən bütün cari sənədləri təqdim etməlisiniz. Burda söhbət bank çıxarışlarından, hesab-fakturalardan, qaimələrdən, işlərin (xidmətlərin) təhvil-təslim aktlarından, vergi qaimələrindən və digər ilkin sənədlərdən gedir. Əldə edilən məlumat əsasında mühasibat uçotunun aparılmasının təşkil edilməsi aşağıdakılardan ibarət olacaqdır:

  • Sənədlərin düzgün rəsmiləşdirilməsinin, qüvvədə olan qanunvericilik bazasının tələblərinə uyğunluğunun yoxlanması;
  • əldə edilmiş məlumatların avtomatlaşdırılmış uçot sisteminə (əgər varsa) daxil edilməsi;
  • avans hesabatlarının, kassa sənədlərinin, qaimə reyestrinin formalaşdırılması;
  • çatışmayan və ya dəyişdiriməli olan düzgün doldurulmayan sənədlər haqqında məlumatların təqdim edilməsi;
  • əmək haqqının, vergi tutulmalarının və digər icbari rüsumların hesablanması;
  • bütün növ hesabatların tərtib edilməsi və təhvil verilməsi;
  • müəssisənin təsərrüfat fəaliyyətinə dair istənilən məsələlər üzrə məsləhətlər.

Mühasibat uçotunun aparılmasına dair xidmətlərin göstərilməsi

Bakıda mühasibat uçotunun aparılmasına dair xidmətlərin sifariş edilməsindən əvvəl biznes-sahənin hər hasnı digər nümayəndəsi kimi potensial müştərinin bir çox təkliflərlə tanış olmağa tam hüququ vardır. Sizi əmin edirik ki, bizim şirkət təqdim edilən xidmətlərin keyfiyyətinin demokratik qiymətlərlə ən optimal nisbətinə malikdir. Bizim mütəxəssislər sifarişçinin istənilən arzusuna və tələbinə həssaslıqla yanaşır, qanunvericilikdə baş verən son dəyişikliklər barədə yüksək məlumatlılıq səviyyəsi ilə fərqlənirlər. İstənilən vaxt saytımızda yerləşdirilən telefon nömrələrinə zəng edərək buna əmin ola bilərsiniz. Peşəkarlıq, çevik qiymət siyasəti və fərdiləşdirilmiş yanaşma – bizim kredomuzdur.

SMM xidmeti SMM xidməti SMM agentliyi Reklam agentliyi