Biznesin idarə edilməsi zamanı yüksək nəticələr əldə edən rəhbərlər çoxdan maliyyə uçotunun avtomatlaşdırılmasının israf və ya tərəqqinin nümayişi olmadığından əmin olublar. Şirkətimizin çoxillik iş təcrübəsi ilə təklif etdiyi uçotun avtomatlaşdırılması üzrə xidmətlər əməyin səmərəliliyini artırmağa və bu zaman əmək xərclərini dəfələrlə azaltmağa imkan verir. Bundan başqa, fasiləsiz və hərtərəfli avtomatlaşdırılmış uçot aşağıdakı vəzifələri həll etməyə imkan verir:
Yuxarıda sadalanan bütün bəndlər uçotun avtomatlaşdırılmasının lehinə olan əsaslı arqumentlərdir. Uçotun avtomatlaşdırılması üzrə şirkətimizin təklif etdiyi xidmətlərin sifarişçilər üçün cəzbedici olan dəyərini, habelə ixtisaslı əməkdaşların yüksək peşəkarlıq səviyyəsini nəzərə alaraq, biz həmişə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa hazırıq.
Müəssisələrin əksərityətinin mühasibat uçotunun avtomatlaşdırılması 1C Mühasibat proqramı məhsulunun, daha doğrusu onun konfiqurasiyalarından birinin tətbiqinə əsaslanır. Konfiqurasiyanın seçilməsinə müəssisənin iş spesifikası təsir göstərir. Bizim mütəxəssislərimiz irəli sürülən tələblərə tam uyğun olan proqram məhsulunu quraşdırmaqda sizə kömək edəcəklər. Sifarişçi yekun seçimini etməyibsə, mütəxəssislər 1C Mühasibat proqramının optimal konfiqurasiyasını seçməyə kömək edəcəklər. Belə ki, kadr uçotunun avtomatlaşdırılması hər bir əməkdaş üzrə fərdiləşdirilmiş uçot aparmağa imkan verir, bu, böyük ştatda özünü doğrultmuşdur, materialların uçotunun avtomatlaşdırılması isə anbar və ya ticarət məntəqələri şəbəkəsi olan müəssisələr üçün əvəzolunmaz bir alətdir. Avtomatlaşdırılmış mühasibat uçotu mal dəyərlərinə – maddi dəyərlərə, hesablara, pul, ticarət və istehsalat əməliyyatlarına, əsas vəsaitlərə və qeyri-maddi aktivlərə, əmək haqqına və standart hesabatlara nəzarət etmək imkanı verir.
Mühasibat uçotunun avtomatlaşdırılmasından fərqli olaraq, vergi uçotunun avtomatlaşdırılması müasir şəraitdə zərurətdir. Vergi hesabatlarında bir səhv şirkətin son dövr ərzindəki işinin səmərəliliyini heçə endirə bilər. Mühasib nə qədər təcrübəli olursa olsun, insan amili həmişə mövcuddur. Vergi uçotunun avtomatlaşdırılması sayəsində ƏDV, gəlir vergisi, bəyannamələr və s. haqqında dəqiq məlumat almaq olar. Tam mənzərənin formalaşdırılmasına əsas təsərrüfat əməliyyatları haqqında məlumatları mərkəzləşmiş şəkildə saxlamağa və emal etməyə imkan verən satışların uçotunun avtomatlaşdırılması sisteminin də bilavasitə təsiri var.
Şirkətimizin təqdim etdiyi avtomatlaşdırma xidmətlərinə qarşılıqlı əməkdaşlıqla bağlı tələblərin əvvəlcədən dəqiqləşdirilməsi, avtomatlaşdırma üçün vəzifələr spektrinin müəyyən edilməsi, optimal proqram konfiqurasiyasının seçilməsi və uyğunlaşdırılması, habelə iş zamanı yaranan məsələlərlə bağlı məsləhətlər daxildir. Saytda təqdim edilmiş telefon nömrəsinə zəng edərək, xidmətlərin siyahısı və dəyəri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.